Əlaqə Arxiv
news Image
2018.09.01
11:46
| A A A
Yeni şəxsiyyət vəsiqələri bütün "ASAN xidmət" mərkəzlərində veriləcək – müddəti bitməyən vəsiqələri dəyişdirməyə ehtiyac yoxdur

Etibarlılıq müddəti bitməyən şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinə ehtiyac yoxdur. Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitdikdə, sənəd itirildikdə, vəsiqə korlandıqda, ad, soyad, ata adı dəyişdirildikdə yeni şəxsiyyət vəsiqələrinin alınması zəruridir.

Movqe.az-a məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, bu gündən Daxili İşlər Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılır:

"Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün "ASAN xidmət" mərkəzlərində və Sumqayıt regional "ASAN xidmət" mərkəzində həyata keçirilir:

"Növbəti günlərdə regional "ASAN xidmət" mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanacaq. Hazırda vətəndaşlar etibarlıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadə etməyə davam edə bilərlər. Bu vəsiqələrin dəyişdirilməsi zəruri deyil".

E.Niftəliyev əlavə edib ki, 15 yaşı tamam olmuş vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləğində hər hansı dəyişiklik yoxdur. Belə ki, 10 gün müddətinə 5 manat, 3 gün müddətinə 25, bir gün müddətinə isə 35 manat təşkil edir.

15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rüsumlar tətbiq olunur. Belə ki, 10 gün ərzində 4 manat, 3 iş günü müddətində 20, 1 iş günü müddətində isə 25 manat dövlət rüsumu müəyyən edilib.

Sizin Reklam Yeriniz