news Image
2018.09.04
11:44
| A A A
Sərhəddəki qəzada ölən çavuşun adı açıqlandı
Layihələrimizlə tanış olmaq vaxtıdır!

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sabunçu və Binəqədi rayonlarında həmin rayonların İcra Hakimiyyətlərinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə deyib.

Komitə sədri bildirib ki, bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir: "Azərbaycan müsəlman dünyasının nümunəvi ölkəsidir. Bu mərasimlərdə xurafata heç bir halda yol vermək olmaz".

 

M.Qurbanlı dini radikalizmə və dini xurafata qarşı mübarizənin əhəmiyyətini və aktuallığını diqqətə çatdırıb və vurğulayıb ki, bütün problemlərin həlli dini mükəmməl şəkildə öyrənməkdir: "Bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb. Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir".

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub: "Azərbaycanda tarixən İslam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub, təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar".