Əlaqə Arxiv
news Image
2018.09.06
14:09
| A A A
Rezidenturaya qəbul olunanların NƏZƏRİNƏ

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”in istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 07.09.2018-ci il tarixindən 14.09.2018-ci il tarixinədək (şənbə və bazar günləri istisna olmaqla) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən xəbərə görə, rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim etməlidirlər:

● Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın və ya məcburi köçkün statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın və ya məcburi köçkün vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
● baza ali tibb təhsili haqqında diplomu;
● xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyitərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
● xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçən şəxslərin müvafiq sənədləri təqdim etmək və əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməli olduqları tarixlər barədə əlavə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcəkdir.

Sizin Reklam Yeriniz