news Image
2018.09.06
17:49
| A A A
Zaqatalada ana ölümü ilə bağlı ilkin ekspertiza rəyi

Zaqatalada dünyasını dəyişən 24 yaşlı Karatova Sevgiya Eyyub qızının meyiti üzərində aparılan ilkin müayinənin nəticələrinə görə, qeysəriyyə kəsiyi əməliyyatı zamanı onun ölümünə səbəb olacaq qanaxma baş verməyib.

Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Birlikdən bildirilib ki, xəstənin narkozun təsirindən dünyasını dəyişib-dəyişmədiyi aparılan müayinələrdən sonra dəqiqləşdiriləcək:

"Mərkəzə təqdim edilən xəstəlik vərəqəsində S.Karatovanın narkozdan öldüyü qeyd edilməyib. Orada yazılıb ki, Karatova Sevgiya üzərində sentyabrın 5-də aparılan qeysəriyyə kəsiyi əməliyyatı saat 15.50-də başa çatıb. Əməliyyatdan sonra onun vəziyyəti kafi qiymətləndirilib. Saat 20.50-də isə xəstənin vəziyyəti pisləşib. Xəstəlik vərəqində xəstədə tromboemboliyanın baş verməsi qeyd edilib".