news Image
2018.09.10
10:32
| A A A
Masallıda tələbə adını qazanmış məzunlarla görüş


Masallı şəhəri "Asan həyat" kompleksinin kafesində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Aybəniz Qafarova Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun salamını tədbir iştirakçılarına çatdıraraq, görüşdə tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynlərinni təbrik edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb və hazırda bu sahə yeni inkişaf mərhələsini yaşayır. Diqqətə çatdırılıb ki, bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil işçiləri üçün hər cür şərait yaradılır. Həyata keçirilən təhsil islahatının uğurla başa çatdırılmasında Masallı rayonunun pedaqoji kollektivi də yaxından iştirak edir.
A.Qafarova gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, Vətənə sadiq vətəndaş olmağı tövsiyə edib.
Bu il rayonun ümumtəhsil məktəblərinin XI sinfini 1489 şagird bitirmişdir. Bu şagirdlərdən ali məktəblərə 734 nəfər sənəd vermişdir və 500 nəfər şagird tələbə adını qazanmışdır. Məktəbləri bitirən məzunlardan ali məktəblərə qəbul olunduğunu vurğulayan natiq onlardan 34 nəfəri 600 –dən yuxarı, 86 nəfəri 500-600, 380 nəfəri 200-500 arası bal topladığını diqqətə çatdırmışdır. 
Rayon icra hakimiyyətinin başçısının müavini qeyd edib ki, ali məktəblərə qəbul imtahanları zamanı daxil olan məzunların arasında qızların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Belə ki, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin şagirdi Fəttayeva İradə Valeh qızı 672 balla Tibb Universitetinə, şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Qüdrətli Aytən Əvəz qızı 650 balla Bakı Dövlət Universitetinə, Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbinin şagirdi Qasımova Pakizə Mail qızı 648 balla Azərbaycan Dillər Universitetinə, Boradigah 2 nömrəli tam orta məktəbinin şagirdi Nağıyeva Fidan İlkin qızı 647 balla Bakı Dövlət Universitetinə, şəhər 7 nömrəli tam orta (Kosakül) məktəbinin şagirdi Əliyeva Aynur Məmməd qızı 645 balla Lənkəran Dövlət Universitetinə, Mahmudavar kənd tam orta məktəbinin şagirdi Məmmədova Təhminə Ülfət qızı 643 balla Azərbaycan Pedaqoji Universitetinə, Köçəkli kənd tam orta məktəbinin şagirdi Budaqova Aytən Kamandar qızı 630 balla Türkiyyə Ərzurum Universitetinə, Qəriblər kənd tam orta məktəbinin şagirdi Əliyeva Şəfa Bağış qızı 629 balla Bakı Dövlət Universitetinə, şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi İsmayılova Səma Mail qızı 621 balla Azərbaycan Neft Sənaye Unversitetinə, Çaxırlı kənd tam orta məktəbinin şagirdi Allahyarlı Cəmilə Vüsal qızı 612 balla Tibb Universitetinə, Banbaşı kənd tam orta məktəbinin şagirdi Abıyeva Elvira Vüqar qızı 612 balla Azərbaycan Dövlət Neft Sənaye Universitetinə, Səmidxan kənd tam orta məktəbinin şagirdi Allahverdiyeva Aytac Həsən qızı 611 balla Tibb Universitetinə, Mahmudavar kənd tam orta məktəbinin şagirdi Fərəcova Aydan Səadət qızı 606 Bakı Dövlət Universitetinə, Boradigah 1 nömrəli tam orta məktəbinin şagirdi Dadaşova Safurə Elşad qızı 603 balla Bakı Dövlət Universitetinə, Gəyəçöl kənd tam orta məktəbinin şagirdi Abıyeva Rüqayyə Zaur qızı 602 balla Azərbaycan Dillər Universitetinə, şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Rəhimli Zəhra Elşən qızı 600 balla Azərbaycan Neft Sənaye Unversitetinə qəbul olunmuşlar.
Görüşdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov bu il ali məktəblərə daxil olan məzunlar və onların təhsil alacağı ali təhsil müəssisələri barədə məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycanın Əməkdar müəllimi Mirqabil Hüseynov dedi ki, 1 nömrəli məktəb tələbə adını qazananlar arasında birincilər sırasındadır. 
Tanınmış pedaqoq ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq sözləri ünvanladı.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva və "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova və başqaları da gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, Vətənə sadiq vətəndaş olmağı tövsiyə ediblər.
Tədbirdə ən yüksək - 691 balla Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə daxil olan Hacıtəpə kənd tam orta  məktəbinin şagirdi Museyibzadə Eltun Elşən oğlu, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin şagirdi Fəttayeva İradə Valeh qızı, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbindən 588 balla Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oilan Əliyeva Arzu Çinar qızı çıxış edib yaradılmış şəraitə görə məktəb müəllimlərinə, ölkə rəhbərinə minnətdarlıq ediblər.
Toplantıda çıxış edən və ali məktəblərə yüksək balla qəbul olan tələbələr onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər. Onlar Masallı rayonunun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara Masallı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Masallı Rayon təşkilatının qiymətli və "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin kitabhədiyyələri təqdim edilib. 
Tələbə adını qazanmış məzunlarla görüş Masallı Regional Mədəniyyət və Turizm idarəsinin Masallı mədəniyyət şöbəsinin incəsənət ustalarının ifasında mahnı və rəqslərlə başa çatıb.
Həmyerlimiz, Əməkdar artist Lalə Məmmədovanın ifa etdiyi mahnı alqışlarla qarşılanıb.
Axırda xatirə şəkli çəkilib.
 

Əlihüseyn Şükürov