Əlaqə Arxiv
news Image
2018.09.10
11:48
| A A A
Bakıda metro üçün xüsusi yarımstansiya tikiləcək

"Bakı Metropoliteni" QSC üçün ayrıca dizellə işləyən generatorla təchiz olunmuş elektrik yarımstansiyası tikiləcək. 

Movqe.az report-a istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O, hazırda layihə üzərində son tamamlanma işlərinin getdiyini bildirib: "Yeni yarımstansiya fövqəladə hallarda metronun "Bənövşəyi" xətti üçün nəzərdə tutulub. Yarımstansiya isə hazırda inşası davam edən, şərti adı "B3" olan metro stansiyasının yaxınlığında yerləşəcək. Bu məsələ ilə bağlı "Azərişıq" ASC ilə müzakirələr gedir".
Sizin Reklam Yeriniz