Əlaqə Arxiv
news Image
2018.11.13
22:44
| A A A
Bədənini arılar örtsə də, arzusuna çatmadı - FOTO

Səudiyyə Ərəbistanının vətəndaşı Züheyr Fətani ölkəsinin tanınmış arıçılarından biridir. O, adının rekordsmen qismində Ginnesin Rekordlar Kitabına düşməsi üçün ikinci dəfə cəhd göstərib.

Movqe.az   milli.az-a  istinadən bildirir ki, bədənin arılarla örtülməsi ilə bağlı rekord çinli Ruan Lyaominə məxsusdur. Ginnesin Rekordlar Kitabında qeydə alınmış bu rekorda görə, Lyaominin bədənini 63,7 kq ağırlığında "arı təbəqəsi" örtmüşdü.

Fətani bu rekordu təzələmək və bədənində 100 kq arı saxlamaq niyyətində idi.

İlk cəhdində o, 56 kq arını bədənində saxlaya bilmişdi.

 

Səudiyyə Ərəbistanının Tabuk şəhərində yaşayan Züheyr Fətani bu dəfə bədəninə 20 ana arı yığmışdı. Həmin ana arılar on minlərlə erkək arını cəlb etməli idi.

Bir saat tərpənmədən duran Fətaninin rekordu reallaşa bilərdi.

Lakin hava həddən artıq isti olduğu üçün ana arılardan bir neçəsi uçub gedib və nəticədə minlərlə erkək arı onların arxasınca uçub.

Sizin Reklam Yeriniz