news Image
2018.09.15
19:47
| A A A
TƏHSİL NAZİRİ: "YÜZ MƏKTƏBƏ YENİ SİSTEM ÜZRƏ HAZIRLANAN DƏRSLİKLƏR TƏQDİM OLUNUB"

 

"Bu gündən etibarən Azərbaycanın 100 məktəbində ibtidai siniflər üçün yeni sistem üzrə hazırlanan Azərbaycan dili və riyaziyyat dərsliklərinin pilot layihəsinin icrasına başlanılacaq”.

Movqe.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib. 

O bildirib ki, yeni sistem dərsliklərin fərqli formatda hazırlanmasına, vaxt baxımından daha rahat şəkildə nəzərdən keçirilməsinə, eləcə də rəylərin yığılmasına və təkmilləşdirilməsinə şərait yaradacaq: “Pilot layihə şəklində təqdim edilən dərsliklər növbəti aylarda həm ictimaiyyətə təqdim olunacaq, həm də daha geniş spektrda mütəxəssislərin müzakirəsi təşkil ediləcək”.

C.Bayramov əlavə edib ki, növbəti illərdə bu sistem vasitəsilə bir sıra dərsliklərin təkmilləşdirilməsi və dəyişdirilməsi prosesi mümkün olacaq.