Əlaqə Arxiv
news Image
2018.09.18
11:03
| A A A
ADAU-da akademik Cəlal Əliyevin adını daşıyan auditoriyanın açılışı olub

Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müvafiq tədbirlər həyata keçirilir.

Növbəti tədbir görkəmli alimin adını daşıyan auditoriyanın açılışına həsr olunub. Auditoriyanın açılışında Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov və digər qonaqlar iştirak ediblər. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açılışda iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirməklə, Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin fundamental araşdırmalarından və elmi nailiyyətlərindən, biologiya elminə töhfələrindən, bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında rolundan, habelə görkəmli alimin yaratdığı elmi məktəbin dünyada tanınmış yetirmələrindən danışıb.

ADAU-nun Biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov çıxış edərək kafedranın nəzdində belə bir auditoriyanın açılmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, akademik Cəlal Əliyevin tədqiqatlarının dairəsi bitkilərin məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekulyar-genetik əsaslarını, bitkilərin həyatının struktur–funksiolnal təşkilinin molekulyar səviyyədən başlayaraq, bütöv bitki və əkinə qədər bütün mərhələ və formalarında məhsuldarlıq proseslərinin öyrənilməsini əhatə edir ki, bu da aqrar elmin ən aktual problemlərindən biridir. Bu baxımdan akademik Cəlal Əliyevin müəyyən etdiyi elmi istiqamətlər üzrə tədqiqat işlərinin davam etdirilməsi hər bir əməkdaşın ən ümdə vəzifələrdən biri hesab olunur.
Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz