Əlaqə Arxiv
news Image
2018.09.18
13:57
| A A A
Masallı Dövlət Regional Kollecində "Bilik günü" keçirildi

15 sentyabr 2018-ci il tarixdə Masallı Dövlət Regional Kolleci öz qapılarını növbəti dəfə tələbələrin üzünə açdı. 
Masallı RİH başçısı cənab Rafil Hüseynov Yeni dərs ilinin başlanması münasibətilə keçirilən tədbirdəki çıxışında toplaşanları “Bilik günü” münasibətilə təbrik etdi, Regional Kollecin açılışını bu hisslərin ikiqat fərəhi kimi dəyərləndirdi. Vurğuladı ki, bu məktəb Azərbaycan Prezidenti cənab İlham Əliyevin Masallıya səfəri zamanı ictimaiyyət nümayəndələri tərəfindən səsləndirilən təkliflər əsasında yaradılıb. Regionda tələbə mühitinin formalaşması burada şəhər mühitinin zənginləşməsinə təkan verir. Kollec məzunlarının işlə təminatı sahəsində real imkanlar var. Belə ki, rayonun turizm obyektlərində, eləcə də kənd təsərrüfatının ayrı-ayrı sahələrində Kollecin məzunları üçün kifayət qədər iş yeri mövcuddur. Təki, yaxşı mütəxəssislər olsun.
       Kollecin açılışını regionların prioritet inkişaf prinsiplərinə söykəndiyini bildirən Masallı RİH başçısı Rafil Hüseynov öz arzusunu ifadə edib dedi ki, tezliklə tale bizə bu baza üzərində Turizm İnstitutu yaratmağı nəsib edər. Cənab R.Hüseynov Masallı təhsilinə göstərilən yüksək qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə etdi.
     “Bilik günü” münasibətilə keçirilən tədbirdə Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov müəllim və şagird kollektivini, qonaqları səmimi salamlayaraq məktəb haqqında ümumi məlumat verdi. Bildirdi ki, əvvəllər burada beş ixtisas üzrə 100-dən artıq tələbə təhsil alırdısa, bu il təkcə Masallı rayonundan 100-ə yaxın tələbə təkcə qəbul olunmuşdur.
       Tələbələr sırasında Naxçıvan, Bərdə, Quba, qonşu Cəlilabad, Biləsuvar və digər bölgələrdən olan gənclər var. 
        Hişkədərə kənd məktəbinin məzunu, 148 balla Masallı Dövlət Regional Kollecininə qəbul olunmuş Aygün Məmmədova, üçüncü kurs tələbəsi Aysel Məmmədova, nəvəsi kollecə qəbul olunmuş, veteran həkim Zabit Talıbzadə, "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev çıxışlarında qeyd etdilər ki, "Bu gün Masallıda tələbə mühiti yaşayır, formalaşır və fərqlənir, Masallı tarixində orta ixtisas təhsili verən ilk tədris müəssisəsi öz tələbələrini növbəti dəfə qoynuna alır. Bu sevinci bizə bəxş edən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarıdır. Belə fərəhli və uğurlu layihənin reallaşması üçün böyük zəhmət çəkmiş cənab başçı R.Hüseynovun da xidmətini xüsusi qeyd etməliyik."

Çıxışçılar həmçinin dövlət qayğısına cavab olaraq yaxşı oxumağa və gözəl mütəxəssis olmağa çağırış səsləndirdilər.
Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz