Əlaqə Arxiv
news Image
2018.09.18
16:47
| A A A
Evin qiyməti: yeni reytinqə Malta başçılıq edir

“Knight Frank” beynəlxalq konsaltinq şirkəti mənzilin harada daha çox bahalaşdığını açıqlayıb.

2006-cı ildə təsis olunan şirkət 57 ölkənin mənzil bazarında qiymət dinamikasını izləyir. İndeks ölkələrin rəsmi dövlət statistikası və mərkəzi bankların məlumatları əsasında hesablanır.

Novator.az-ın məlumatına görə, “Knight Frank”ın yeni reytinq cədvəli 2017-ci ilin ikinci rübü ilə 2018-ci ilin ikinci rübü arasını əhatə edir. Bir ildə 57 ölkədə evlərin qiymətinin orta hesabla 4,7% artdığı bildirilir.

Bahalıq reytinqinə Malta başçılıq edir. Malta Mərkəzi Bankının məlumatına görə, il ərzində ölkədə evlərin qiyməti 17% artıb.

İl ərzində mənzillərin ən çox Mərkəzi və Şərqi Avropa ölkələrində bahalaşdığı vurğulanır. 2017-ci ilin iyun ayından 2018-ci ilin iyununa qədər Latviya, Sloveniya və Macarıstanda evlərin qiyməti 12-14% artıb. Bölgə üzrə ümumi artım 8% təşkil edib.

Avropanın digər bölgələrində bu göstərici 5,1%-dir.

İl ərzində Rusiyada evlər 1,5% bahalaşıb.

Sizin Reklam Yeriniz