Əlaqə Arxiv
news Image
2018.09.20
13:00
| A A A
Dünyada orta hesabla hər beş saniyədə 15 yaşınadək bir uşaq həyatını itirir

UNICEF, Dünya Səhiyyə Təşkilatı (DST), BMT-nin Əhali şöbəsinin və Dünya Bankı qrupunun açıqladığı yeni məlumatda bildirilir ki, 2017-ci ildə yaşı 15-dək olan 6,3 milyon uşaq ölüb. Bu da orta hesabla hər 5 saniyədə bir həyatın sona çatması deməkdir. Ölüm hallarının əksəriyyəti qarşısı alına biləcək səbəblərdən baş verib.

Movqe.az DST-nin informasiya portalına istinadla xəbər verir ki, ölənlərin böyük əksəriyyəti–5,4 milyonu 5 yaşınadək uşaqlardır. Bu göstəricinin yarısı isə yenidoğulan körpələrə aiddir.

UNICEF-in məlumatlar, tədqiqatlar və siyasət şöbəsinin direktoru Lourens Çandi deyib: “Təcili tədbirlərin görülməyəcəyi təqdirdə 2030-cu ilədək 56 milyon uşaq ölümü qeydə alına bilər ki, onların da yarışını yenidoğulmuşlar təşkil edəcək. 1990-cı ildə bu günədək biz uşaq ölümlərinin qarşısının alınması istiqamətində çox böyük işlər görmüşük. Lakin milyonlarla uşaq hələ də öz mənşəyi və doğulma yeri səbəbindən dünyasını dəyişir”.

Qlobal miqyasda 2017-ci ildə 5 yaşınadək uşaq ölümü hallarının yarısı Afrikanın Böyük Səhradan cənubda yerləşən ölkələrində, daha 30 faizi Cənubi Asiyada qeydə alınıb. Afrika ölkələrində orta hesabla hər 13 körpədən biri doğulandan sonra 5 gün yaşamır. Yüksəkgəlirli ölkələrdə isə bu müqayisə 1-in 185-ə nisbətindədir.

Beş yaşınadək uşaqlar arasında ölüm hallarının əksəriyyəti doğuş zamanı ağırlaşmalar, sətəlcəm, yenidoğulanların sepsisi və malyariya kimi qarşısı müalicə yolu ilə alına bilinəcək səbəblərdən baş verir. Eyni zamanda, 5-14 yaş arası uşaqların ölümə səbəb kimi əsasən suda boğulma və yol-nəqliyyat hadisələri göstərilir. Bu yaş qrupunda, həmçinin regional fərqlər var. Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində uşaq ölüm riski Avropadan 15 dəfə yüksəkdir.

Bütün ölkələrdə uşaq üçün daha çox təhlükəli dövr onun ömrünün birinci ayı hesab edilir. 2017-ci ildə bir ay ərzində 2,5 milyon yenidoğulmuş dünyasını dəyişib. Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrində və ya Cənubi Asiyada uşaqların birinci ayında ölüm halları yüksək gəlirli ölkələrlə müqayisədə doqquz dəfə çox olub. Bununla yanaşı, 1990-cı ildən başlayaraq yenidoğulanların sağqalma ehtimalı beş yaşınadək digər kateqoriyalardan olan uşaqlara nisbətən daha zəif sürətlə artırdı.

Göstəricilərin fərqi hətta ölkə daxilində müşahidə edilir. Kənd yerlərində beş yaşınadək uşaqlar arasında ölüm hallarının səviyyəsi şəhərlə müqayisədə orta hesabla 50 faiz yüksəkdir. Bundan başqa, təhsili olmayan anaların uşaqları arasında beş yaşınadək ölüm riski orta və ali təhsilli anaların övladlarına nisbətən iki və daha çox yüksək olur.

Bütün bu problemlərə baxmayaraq, dünyada hər il daha az uşaq ölümü qeydə alınır. Beş yaşınadək ölən uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb. Misal üçün 1990-cı ildə 12,6 milyon uşaq ölüb, 2017-ci ildə 5,4 milyon. Eyni dövr ərzində daha böyük - 5-14 yaş arasında ölüm hallarının sayı 1,7 milyondan 1 milyonadək azalıb.

 

Sizin Reklam Yeriniz