Əlaqə Arxiv
news Image
2018.09.20
14:57
| A A A
Dünyanın ən ölümcül infeksiyası açıqlanıb

Tuberkulyoz dünyanın ən ölümcül infeksion xəstəliyi hesab olunur.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Qeyd olunur ki, 2017-ci ildə dünyada 10 milyon insan bu xəstəliyə yoluxub, 1,6 milyon nəfər xəstəlik nəticəsində həyatını itirib.

Tuberkulyozla mübarizə çərçivəsində 2000-ci ildən bu günə kimi 54 milyon ölümün qarşısını almaq mümkün olub.

ÜST hesabatda bildirib ki, 2018-ci ildə tuberkulyozla mübarizə proqramlarının icrası üçün 3,5 milyard dollar tələb olunacaq.

Sizin Reklam Yeriniz