Əlaqə Arxiv
news Image
2018.09.20
15:24
| A A A
AMEA 588 əməkdaşına “Əmək veteranı” adını verib

2014-2018-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası 588 əməkdaşına “Əmək veteranı” adı verib.

Trend-in məlumatına görə, bunu AMEA Birləşmiş Veteranlar Şurasının sədri, AMEA-nın müxbir üzvü Rafiq Qasımov deyib.

Onun sözlərinə görə, hazırda AMEA-da 1.633 veteran çalışır. Onların 29-u akademik, 37-si AMEA-nın müxbir üzvü, 224-ü elmlər, 553 nəfəri isə fəlsəfə doktorudur. Bundan əlavə, 2 nəfər Böyük Vətən Müharibəsi, 16 nəfər Əfqanıstan, 92 nəfər Qarabağ müharibəsi və 4 nəfər Silahlı Qüvvələr veteranıdır.

2014-2018-ci illərdə 133 veterana birdəfəlik müavinətin verildiyini deyən R.Qasımov vurğulayıb ki, 75 nəfər veteran yeməkxanada güzəştli nahardan istifadə edib, 100 nəfər isə müalicə və istirahət üçün sanatoriyalara göndərilib.

Sizin Reklam Yeriniz