Əlaqə Arxiv
news Image
2018.09.20
16:45
| A A A
İsmayılov harada dəfn olunacaq – Sevil Nuriyeva açıqladı

Etimadın nəşini gecə gətirəcəyəm. Sabah Nardaran qəbiristanlığında torpağa tapşırılacaq.

Movqe.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında dünən güllələnərək öldürülən iş adamı Etimad İsmayılovun həyat yoldaşı Sevil Nuriyeva deyib.

Sevil Nuriyeva dəfn mərasiminin sabah saat 13:00-da olacağını deyib:

"Çox pis vəziyyətdəyəm. Dəfnlə ailəsi məşğul olur".

Jurnalist Elxan Şükürlü bildirib ki, Etimad İsmayılovun atası İlyas İsmayılov və anası Zəkiyyə xanım hazırda Nardaranda dəfn məsələləri ilə bağlı hazırlıq görür. Etimad İsmayılovun cənazəsi həyat yoldaşı Sevil Nuriyeva və dostları tərəfindən Bakıya gətiriləcək.

Millət vəkili Fazil Mustafa isə Publika.az-a açıqlamasında Etimad İsmayılovun sabah saat 12:00-da Nardaran qəbiristanlığında dəfn olunacağını bildirib.

       

Sizin Reklam Yeriniz