Əlaqə Arxiv
news Image
2018.09.22
14:30
| A A A
BMT rəsmisi: "Yəməndə insanlar aclıqdan yarpaq yeyirlər"

Yəməndə insanlar qida çatışmazlığı şəraitində yarpaqları yeməyə məcbur olurlar.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım üzrə koordinatoru Mark Loukok bildirib.
Onun sözlərinə görə, hazırda kasıb ölkə Yəməndə vəziyyət fəlakətə yaxındır. Müntəzəm qidalanmaq imkanları olmayan əhalinin sayı yaxın vaxtlarda təxminən bir yarım dəfə arta, 11,5 milyon nəfər ola bilər.
Aclıq bir sıra rayonlarında müşahidə olunur.
"Biz insanların yarpaq yediklərini görürük, çünki başqa yemək yoxdur", - deyə Loukok bildirib.
Ölkədə iqtisadi vəziyyətin kəskin pisləşməsi son bir ayda Yəmən rialının təxminən 30% qiymətdən düşməsi ilə əlaqədardır.

Sizin Reklam Yeriniz