Əlaqə Arxiv
news Image
2018.09.23
16:58
| A A A
YAĞIŞLI HAVA ŞƏRAİTİ ŞİMAL-QƏRB VƏ CƏNUB REGİONAL ELEKTRİK ŞƏBƏKƏLƏRİNDƏ BƏZİ FƏSADLAR YARADIB

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal-Qərb və Cənub Regional elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub.

Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, elektrik verilişi xətlərində "Azərişığ"ın əməkdaşları qabaqlayıcı tədbirlər görüb:

"Əməkdaşlarımız yaranan qısa fasilələri operativ aradan qaldırıblar. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən 97 saylı yarimstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısa müddətli fasilə yaranıb".

Sizin Reklam Yeriniz