Əlaqə Arxiv
news Image
2018.09.24
16:44
| A A A
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub

Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilib.

Avropa ölkələrinin Azərbaycandakı səfirləri festival iştirakçılarını salamlayıblar.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək tədbiri açıq elan ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib, nümayiş olunan sərgilərə baxıb.

Məlumat verilib ki, burada Naxçıvan Muxtar Respublikasının, Avropa İttifaqının, o cümlədən Almaniyanın, Macarıstanın, Fransanın, İsveçin, Bolqarıstanın və Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin stendləri qurulub. Həmin stendlərdə ölkələrin mədəniyyətini, adət-ənənələrini və turizm potensialını əks etdirən sərgilər nümayiş olunurdu. Avropa İttifaqı tərəfindən ölkəmizdə kənd təsərrüfatının inkişafı, yerli və regional idarəetmənin təşkili, ailələrdə və kiçik sahibkarlıq subyektlərində maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən layihələr, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasındakı mövcud əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında tədbir iştirakçılarına məlumat verilib.

Sizin Reklam Yeriniz