Əlaqə Arxiv
news Image
2018.09.24
17:14
| A A A
Maşında siqaret çəkmək qadağan olunsun! - Təklif

Azərbaycanda avtomobillərdə siqaret çəkilməsinin qadağan olunması təklif edilib.
Movqe.az  xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Araz Əlizadə çıxış edib.

Deputat bildirib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər: "Sürücü siqaret çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman onun diqqəti yoldan yayınır".

A.Əlizadə qeyd edib ki, bu səbəbdən avtomobillərdə siqaret çəkilməsini qadağan etmək lazımdır.

AzVision.az

Sizin Reklam Yeriniz