Əlaqə Arxiv
news Image
2018.09.25
15:15
| A A A
Masallıda “Azərbaycan Xalq Cumhuriyyəti ili” nə həsr olunmuş “Rəsm” müsabiqəsi keçirilib

 Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Masallı rayon ümumtəhsil məktəblərinın şagirdləri arasında “Azərbaycan Xalq Cumhuriyyəti ili” nə həsr olunmuş “Rəsm” müsabiqəsi keçirilib. Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbirdə çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və tarixi keçmişini məktəblilər arasında təbliq etmək, tariximizi sevmək, dövlətçilik ənənələrimizi, mənəvi dəyərlərimizi qorumaq, istedadlı uşaq və gəncləri aşkar etməkdir.Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodistləri Əyyar Burhanov , çıxış edərək bildirdilər ki, uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən əsasıda doğma Vətənə məhəbbət hisslərini artırmaq məqsədilə keçirilən bu tədbirlərin şagirdlərimizin gələcək həyatında özünü daha qabarıq şəkildə göstərəcək Gənclər Mərkəzində təşkil olunan “Rəsm” müsabiqəsində şagirdlər 1 nominasiya üzrə - Cümhuriyyətim mövzuda rəsm əsərləri nümayiş etdirildi.Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib: 
Rəsm müsabiqəsində N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbinin X sinif şagirdi Qasımova Pərvin Firdovsi qızı birinci yerə, İ.Nağıyev adına Boradigah 2 saylı tam orta məktəbin III sinif şagirdi Ağayeva Gülər Mehdi qızı ikinci yerə, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin XI sinif Cavadzadə Şamxal Qalib oğlu III yerə layiq görülmüşlər.
Qaliblər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

Əlihüseyn Şükürov

 

Sizin Reklam Yeriniz