Əlaqə Arxiv
news Image
2018.09.26
15:48
| A A A
Neftçala rayonunun kəndinə ilk dəfə təbii qaz verilib

Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinə ilk dəfə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən  verilən məlumata görə, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 17.961 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, həmçinin paylayıcı qaz xətləri çəkilib, 96 mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Sizin Reklam Yeriniz