Əlaqə Arxiv
news Image
2013.04.18
16:18
| A A A
Səbail rayonunda 2013-cü ilin birinci rübünün yekunları müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.


 Mövqe.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, ölkədə 3 ay ərzində ümumi daxili məhsul 3,1 %,  qeyri-neft sektoru 11,4 % artmış, inflyasiya cəmi 1,2 %, əhalinin pul gəlirləri təxminən 6,0 % olub. Kənd  təsərrüfatı 4 %  artıb. Ölkənin strateji valyuta ehtiyatları 2,6 % artaraq 48 milyard dollar təşkil  edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.


Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov    bildirib ki, 2013-cü ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 5.976,8  milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 % az sənaye məhsulu istehsal edilib.  Nəqliyyat müəssisələri tərəfindən   153,4   milyon manatlıq və ya keçən illə müqayisədə 7,8 % çox, rabitə müəssisələri tərəfindən     144,5  milyon manatlıq və ya keçən ilin müavifq dövrünə nisbətən 1,0 % çox rabitə xidmətləri göstərilib. Bütün maliyyə mənbələri hesabına  əsas kapitala investisiya 899,6 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 36,7 % artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 243,4 milyon manat olub.  Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 3,4 dəfə artıb.


İlin əvvəlindən əhaliyə 61,1 milyon manatlıq istehlak malları satılıb və ya pullu xidmət göstərilib, bu da ötən illə müqayisədə 22,5 % çoxdur. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə   73,1 milyon manatlıq və ya əvvəlki ilin yanvar-mart aylarından 22,5 % çox əmtəə satılıb.                                                    

2013-cü ilin yanvar-mart ayları ərzində əhaliyə 20,4 milyon  manatlıq  və  ya  əvvəlki  ilin  eyni  dövrünə nisbətən  29,2  % çox  iaşə  xidmətləri  göstərilib.  Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən  2.4 % artaraq 73.1 milyon manat olub.  


Səbail rayonu üzrə daimi əhalinin sayı 95142 nəfər olub, əlavə olaraq rayonda 9207 nəfər məcburi köçkün məskunlaşıb. Rayonda çalışan işçilərin sayı 111983 nəfər, orta aylıq əmək haqqının məğləği isə 905,0  manat olub ki, bu da keçən illə müqayisədə 5,9 % çoxdur.     

2013-cü ilin I rübü ərzində Səbail rayonu ərazisində 536 yeni iş yeri açılıb ki, bunlardan hamısı daimi iş yerləridir.  Ümumilikdə – yalnız 2009-2013-cü ilin mart ayına kimi Səbail rayonunda 9030 daimi iş yeri açılıb.  


"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq 2013-cü ilin ilk 3 ayı ərzində   3 saylı Vərəm Əleyhinə Dispanserdə, C.Hacıyev  adına 3 saylı Uşaq Musiqi məktəbində və A.H.Kazımov adına 1 saylı şəhər poliklinikasında, 44 saylı uşaq bağçasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci yaşayış sahəsində 102 və 118 saylı 35 kilovoltluq 2 yeni yarımstansiya şəbəkəyə qoşulub, Bibiheybət qəsəbəsində post məntəqəsi açılıb. 


Proqramın icrasına uyğun olaraq Badamdar qəsəbəsində yeni su anbarlarının tikintisi aparılır, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasının tam əsaslı təmir-yenidənqurulması işləri, qəsəbədəki 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli əlavə korpus tikintisi və bağçanın köhnə binasının, 33 saylı poliklinikanın əsaslı təmiri davam edir.


Hazırda   rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri" kompleksinin, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, "Azadlıq" Meydanında   yeraltı və Fəvvarələr Meydanında yerüstü qaracların, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  yeni binanın, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar Məktəbinin,  "Cənub" mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin tikintisi, yeni veloparkın yaradılması, Dövlət Musiqili Komediya Teatrının əsaslı təmiri,  mərkəzdə yaşayış binalarının fasadlarının  üzlənməsi,  Dağüstü parkın ərazisinin bir hissəsində  əsaslı təmir-yenidənqurma işləri və "İstiqlal" Muzeyinin tikintisi,  Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması,  "Qız qalası"nda  bərpa və konservasiya işləri davam edir. Bu işlər çərçivəsində Azadlıq Meydanı ərazisinin tam şəkildə təmiri başa çatdırılıb, yola yeni asfalt örtüyü çəkilib. 


RİH tərəfindən Dağüstü parkda rayonun ictimai təşkilatları və "Şəhidlər Xiyabanı" kompleksində çalışan texniki xidmətlərin işçiləri üçün yeni bina, Badamdar qəsəbəsində texniki xidmət işçiləri üçün 2 mərtəbəli xidməti yaşayış binasının inşası başa çatdırılıb, oradakı mənzillər lazımi mebel və avadanlıqla təmin olunub.


Hazırda Badamdar şosesi boyunca mağaza, ofis və iaşə obyektlərinin üzlənməsi, yol kənarlarının təmizlənməsi, hasarların rənglənməsi və ərazinin abadlaşdırılması, Səbail RİHBA-nın və Bakı şəhər Prokurorluğunun binalarının müasir şəkildə  təmir-yenidənqurulması, Fikrət Əmirov küçəsi 1 və 2 ünvanlarındakı 16 mərtəbəli 2 ədəd, Neftçilər prospektində 3 ədəd, Bayıl dairəsindəki 3 ədəd və Badamdar qəsəbəsində 3 yaşayış binasının, Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin binasının üzlənməsi və  fasadlarının təmir-yenidənqurulması işləri aparılır.   

Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki,  Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində,  7 binanın dam  örtüyündə   təmir işləri aparılıb,  su və   kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik görülüb.


Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib. 


Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçilib, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməyib. 


2013-cü ilin ilk 3 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 417 ailə (1689 ailə üzvü) müraciət edib, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 115,49 manat sosial yardım təyin olunub. 


Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13081 nəfər təqaüdçülərə ilin ilk 3 ayı ərzində 8.522.890,25 manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib.


Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 3 ayı ərzində 187 nəfər işaxtaran vətəndaş  daimi işlə təmin olunub,  "Ərazi Məşğulluq Proqramı"na əsasən cari ilin birinci rübü ərzində 16 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə "İngilis dili" üzrə peşə kursu açılmış, "Əmək yarmarkasında" 18 nəfən daimi işlər təmin olunub.


Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib. Yanvar ayında Badamdar və Bibiheybət qəsəbələri icra nümayəndəliklərinin və RİH-nin 2012-ci ilin yekunlarına həsr olunan hesabat yığıncaqları, RİH-də rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə   görüş  keçirilib, faciənin ildönümü ilə bağlı bir sıra tədbirlər təşkil olunub.


2 Fevral – Azərbaycan Gəncləri günü ilə bağlı Dövlət Bayrağı Meydanındakı "Cristall-Hall"da səbail gənclərinin bayram balı təşkil olunub, Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq  rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırıb,  incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilib. Rayonumuzun nümayəndələri həm də Daxili Qoşunların Bərdə şəhərində yerləşən hərbi hissəsində və Badamdar qəsəbəsindəki hərbi hissədə  də görüşlər və konsertlər təşkil ediblər.  


Bayram tədbirləri Badamdar və Bibiheybət qəsəbələrində də keçirilib,  bayramla əlaqədar  rayondakı 3600-ə yaxın aztəminatlı ailəyə bayram payları verilib, ümumilikdə isə 3 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 4400 olub.  


İclasda Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, Səbail rayon Gigiyeva və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Milli Məclisin üzvü Fuad Muradov  və  başqaları çıxış edib. 


Tədbirdə "Yeni Azərbaycan" qəzetinin 20 illik yubileyi ilə əlaqədar qəzetin kolektivinə Səbail RİH-nin təbrikləri çatıdırılıb və qiymətli hədiyyə təqdim olunub.  "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək öz minnətdarlığını bildirib. 


İclasda əldə olunmuş nailiyyətlələ yanaşı, həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.


Sizin Reklam Yeriniz