Əlaqə Arxiv
news Image
2018.10.11
16:53
| A A A
Hindistana güclü siklon yaxınlaşır, 300 min insan təxliyə olunub

Hindistanın şərqindəki Orissa ştatının beş sahil rayonundan yaxınlaşan güclü "Titli" siklonu ilə əlaqədar, təxminən, 300 min insan təxliyə olunub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hindistan Meteorologiya Departamentinin məlumatına görə, ətrafında sürəti saatda 140-150 kilometrə çatan külək olan siklon yaxın zamanda Orissa ştatına leysan yağış gətirəcək. Məhz bu ştatın təbiət hadisəsindən ən çox zərər görəcəyi gözlənilir. Siklon Orissanı "vurduqdan" sonra istiqamətini şimala - Qərbi Benqal ştatına doğru dəyişəcək.

Qeyd edək ki, Orissanın sahilyanı rayonlarında əksər dövlət qurumları artıq bağlanıb. İctimai nəqliyyat işləmir, güclü külək nəticəsində qırılan ağaclar və aşan elektrik dirəklərinə görə nəqliyyatın hərəkəti çətinləşib. Balıqçılara dənizə çıxmamaq tövsiyə olunub.

Sizin Reklam Yeriniz