news Image
2018.10.12
13:27
| A A A
Badamdar şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

 Bakının Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Movqe.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə,  bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib: "Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər. Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq".