Qadın qonşusu tərəfindən amansızlıqla döyüldü
Tovuzda qadın qonşusu tərəfindən xüsusi amansızlıqla döyülüb.
Movqe.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Çeşməli kəndində baş verib.
Kənd sakini, 1976-cı il təvəllüdlü Sadıqova Şələ Nəriman qızı qonşusu tərəfindən xüsusi amansızlıqla döyülüb.
Qadın bədəninin müxtəlif hissələrinin ağır xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.