Əlaqə Arxiv
news Image
2018.10.12
16:14
| A A A
Avropalı təhsil ekspertləri ADAU-da olub

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Fransa, Litva, Latviya və Azərbaycanın birgə tərəfdaşlığı ilə həyata keçirilən "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək" adlıTvinninq layihəsi çərçivəsində Gəncə şəhərinə səfər edən ekspert missiyasının üzvləri Litva prezidentinin təhsil məsələləri üzrə məsləhətçisi Saule Macikuate Zviniene,Latviyalı ekspert Jolanta Silka, Fransanın Liyon Universitetinin professoru Didier Ronze, layihənin rezident koordinatoru Liza Baydanova,Təhsil Nazirliyinin baş məsləhətçisi Yaşar Ömərov Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olubl.Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqları təhsil müəssisəsinin auditoriyaları, laboratoriyaları, yardımçı təsərrüfatı, tələbə evləri iltanışedib, layihə çərçivəsində əməkdaşlıq imkanları barədə  müzakirə aparıb.

 

Əlihüseyn Şükürov


 

 
Sizin Reklam Yeriniz