news Image
2018.10.12
16:27
| A A A
Masallıda yeni küçələrin asfaltlaşmasına hazırlıq görülür

Son bir neçə ildə Masallıda küçələrin asfaltlaşmasına ciddi diqqət yetirilir və hal-hazırda yeni küçələrin  asfaltlaşmasına  hazırlıq görülür.   
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallıya onuncu dəfə, 18 sentyabr 2018-ci il tarixdə səfərindən sonra rayonda abadlıq-quruculuq işlərinin sürəti daha da artmışdır. Masallının mərkəzindəki küçələrin asfaltlaşması üçün ayrılan 3 milyon manat vəsait səhərdə görüləcək abadlıq işlərini müəyyənləşdirib. Şəhərin əsas küçələri – Bakı prospekti, Qurtuluş, Heydər Əliyev prospekti,  Səfəralı Məmmədov, N.Nərimanov, A.Puşkin və digər küçələrin asfaltlaşmasına hazırlıq işləri görülür.
                                                                           

 Əlihüseyn Şükürov