Əlaqə Arxiv
news Image
2018.10.15
15:23
| A A A
Ağcabədidə avtomobillə piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb

Ağcabədi rayonunda avtomobil piyadanı vuraraq öldürüb. 

Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 14-də saat 19 radələrində rayon ərazisində qeydə alınıb. 

Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Aşağı Avşar kənd sakini Əlvan Rüstəmov vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. 

Sizin Reklam Yeriniz