Əlaqə Arxiv
news Image
2018.10.15
16:52
| A A A
Masallıda 18 oktyabr Dövlət Müstəqlilliyi gününə həsr olunmuş Tekvando idman növü üzrə açıq rayon birinciliyi keçirilib

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı regional Taekvando Mərkəzində 18 oktyabr “Dövlət Müstəqilliyi Günü”nə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında taekvando idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Yarışda Masallı rayonundan 1 komanda , Yardımlı rayonundan 1 komanda , Cəlilabad rayonundan 1 komanda , Lənkəran rayonundan 3 komanda Bakı şəhərindən 2 komanda , Sumqayıt şəhərindən 1 komanda iştrak etmişdir .
17 çəki dərəcəsində 9 rayon və şəhər komandalarından 150 nəfərdən artıq idmançının iştrakı ilə keçirilən yarış , olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilmişdir.
Yarışın yekununda Masallı rayon komandası birinci yeri , Lənkəran rayon komandası ikinci yeri, Sumqayıt şəhər komandası üçüncü yeri tutmuşlar.
Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışdır.

Əlihüseyn Şükürov
 

Sizin Reklam Yeriniz