Əlaqə Arxiv
news Image
2018.10.16
11:22
| A A A
ETSN: Badamdarda sürüşmə sahəsindəki aktivlik gecə boyu davam edib, hasar uçub

Badamdardakı sürüşmə ərazisində aktivlik gecə boyu davam edib.

Bu barədə movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin yaratdığı Qərargah oktyabrın 15-dən 16-na keçən gecə də ərazidə müşahidələri davam etdirib. Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik gecə boyu davam edib.
Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.           Zülfiyyə Quluyeva

Sizin Reklam Yeriniz