Əlaqə Arxiv
news Image
2018.10.16
20:00
| A A A
Bu il bərpa-müalicə müəssisələrində 9083 nəfərə reabilitasiya xidmətləri göstərilib

2018-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 9083 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin şəxslərə nazirliyin bərpa mərkəzlərində və müalicə pansionatında stasionar və ambulator şəraitdə xidmətlər göstərilib, fizioterapevtik müalicə üsullarını əhatə edən kompleks bərpa-müalicə tədbirləri həyata keçirilib.

5870 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin olunublar. Onlara 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib. Həmçinin Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində protezləşməyə hazırlanma, protezlə hərəkət edilmənin öyrədilməsi, skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə reabilitasiya xidmətləri göstərilib.

Sizin Reklam Yeriniz