Əlaqə Arxiv
news Image
2018.10.17
09:43
| A A A
"Kamaz"la "VAZ" toqquşub

Xaçmaz rayonunda yol qəzasıbaş verib.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Xaçmaz rayonunda "Kamaz" markalı yük avtomobilinin "VAZ" markalı minik avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Sizin Reklam Yeriniz