Əlaqə Arxiv
news Image
2018.10.17
15:05
| A A A
Şamaxıda "Fiziki aktivlik sağlam həyatın əsası kimi " adlıi tədbir keçirilib

Şamaxıda "Fiziki aktivlik sağlam həyatın əsası kimi "mövzusunda maarifləndirici tədbir keçirilib. Şamaxı Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin doktorantı Qasım Əmrahlının yerli əhali üçün " Fiziki aktivlik sağlam həyat tərzinin əsası kimi"mövzusunda mühazirəsi təşkil olunmuşdur.Tədbiri Şamaxı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Rəşad Əliyev açmışdı.Lektoru yerli əhaliyə təqdim etmiş və sözü qonağa vermişdir.Daha sonra çıxış üçün söz Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi Gülnurə Babaşovaya verilmişdir.Çıxışında Gülnurə Babaşova Bilik Fondunun apardığı silsilə maarifləndirici tədbirlərin əhəçiyyətindən danışmışdır. Məktəblilərin hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşmasında ailə ilə yanaşı təhsil işçilərinin də üzərinə çox məsuliyyətli vəzifələr düşür . Gənc nəslin sağlam böyüməsi üçün onlarda erkən yaşlarından sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir. Təbii sərvətlərdən düzgün istifadə qaydalarının öyrədilməsi məktəblilərin sağlam ruhlu, sağlam düşüncəli, bir sözlə, fiziki və mənəvi cəhətdən sağlam bir vətəndaş kimi tərbiyə edilməsinə kömək edir. Sağlam həyat tərzinə maraq oyadılması məktəbliləri zərərli vərdişlərdən çəkindirərək asudə vaxtlarını səmərəli keçirməyə həvəsləndirmək lazım . Maraqlı oyunlar formasında təşkil olunan tədbirlər müəllim-şagird kollektivinin birgə yaradıcılıq işidir. Məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında əlamətdar təqvim günlərinə həsr edilmiş tədbirlərin əhəmiyyəti nəzərə alınmalıdır. Gələcəyimiz olan məktəblilərdə sağlam həyat tərzi formalaşdırmaq hər bir ailənin, hər bir vətəndaşın, hər bir pedaqoji işçinin, tərbiyəçinin borcudur. Əlavə olaraq fiziki aktivliyi artırmağın və bunun vacibliyi haqqında çıxış üçün söz Şamaxı Olmpiya Mərkəzində yeni yaradılmış fitnes klubun treneri Xanım Osmanovaya verilmişdir. Son illər ölkədə sağlam həyat tərzi çox populyardır. İdmanla getdikcə daha çox adam məşğul olmağa başlayır.Uşaq və gənclərin idmana maraqlarının artırılması üçün bu cür tədbirlərin vacibliyini vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev nahaq demir: “Azərbaycan idman dövlətidir. Bunu dünyanın bütün idman ictimaiyyəti bilir, qəbul edir. Azərbaycanda idman, Olimpiya hərəkatı ilə bağlı məqsədyönlü siyasət aparılır. Düşünülmüş siyasət, məqsədyönlü işlər idmanı Azərbaycan cəmiyyətində önəmli bir ictimai amilə çevirib.” Tədbirin sonunda lektor iştirakçıları maraqlandıran suallara cavab vermişdir. Nicat 

Sizin Reklam Yeriniz