Əlaqə Arxiv
news Image
2018.10.19
12:16
| A A A
Azərbaycan Ağsaqqallar Şurası " Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu" mövzusunda geniş konfrans keçirib
Bu 15 ildə İlham Əliyev gərgin əmək sərf edib"

"Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqilliyin əbədiliyin, bu əbədiliyin əbədiyyata qədər davam etməsinin əsaslarını yaratdı. Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıtmasından sonra Azərbaycan öz haqq yolunu tapdı. Bu yol bizim üçün əbədi bir yoldur. Bu yolla addımlayan Azərbaycan bu 10 ildə bütün sahələrdə inkişaf edib. Müstəqil ölkə kimi beynəlxalq aləmdə nüfuz qazanıb". Movqe.az xəbər verir ki, bu sözləri bu gün millət vəkili, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov "Ağsaqqaların ölkənin ictimai-siyasi rolu" mövzusunda keçirilən konfransda səsləndirib. İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 15 illiyi və 18 oktyabr Dövlət Müstəqilliyi Günü kimi mövzularını da əhatə edən konfransda millət vəkili prezident İlham Əliyevin uğurlu fəaliyyəti, bu illərdə həyata keçirdiyi müstəqil siyasət, sosial-iqtisadi uğurlardan bəhs edib. F. Heydərov bildirib ki, bu 15 ildə İlham Əliyev ölkəmizin inkişafı üçün gərgin əmək sərf edib:" İlham Əliyevin xalqa sədaqəti, Vətənə sevgisi Azərbaycanı parlaq gələcəyə aparır. Belə bir vaxtda biz ağsaqqallar, Azərbaycanın həm Ulu öndərin rəhbərliyi dövründə uğurlarını yada salacaq, həm də onun açdığı yolun 10 il ərzində bizi apardığı inkişafdan bəhs edəcəyik. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günü-gündən artır. Bu uğurlara  prezidentimiz İlham Əliyev  və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində, əməyi nəticəsində nail  olmuşuq. Biz ağsaqqallar gəncləri bu siyasətə dəstək verərək gələcəkdə də İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyirik". Konfransda Azərbaycanın müstəqillik yoluna işıq salan,eləcə də İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən film nümayiş olunub. Konfransa iştirak edən ziyalı ağsaqqallar Ulu öndərin Azərbaycan dövlətinin müstəqilliyi yolunda gördüyü işlərdən, onun siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən bu yolun uğurla davam etdirildiyindən söz açıblar.Konfrans çıxışlarla davam etdirilib.

Zülfiyyə Quluyeva

Sizin Reklam Yeriniz