Əlaqə Arxiv
news Image
2018.10.22
20:16
| A A A
Masallının Sərçuvar kəndində Milli Qəhrəman Səfəralı Məmmədovun 55 illik yubileyi qeyd edilib

Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri - Səfəralı Məmmədovun doğum günü, doğulduğu Sərçuvar kəndində 55 illik yubileyi qeyd olunub.
Azərbaycanın 11 ilk Milli Qəhrəmanlarından olan Səfəralı  Qurban oğlu  Məmmədovun  doğum günü  ilk olaraq böyüyüb boya- başa çatdığı Masallının Sərçuvar kəndində adını daşıdığı məktəbdə qeyd edilib.
Məktəbin həyətində keçirilən tədbirdə əvvəlcə Dövlət himni səslənib, şəhidlərin ruhu bir  dəqiqəlik sükutla yad olunub, dualar oxunub.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimyyətinin baş məsləhətçisi Qəşəm Hadıyev, Sərçuvar kənd orta məktəbinin direktoru Zayid Məmmədov, aktyor Cəmaləddin Əliyev və başqaları qəhrəmanın keçdiyi ömür yolundan söhbət açıb, Qarabağ savaşındakı şücaətindən danışıblar.
Daha sonra Masallı Dövlət Regional Kolleci tələbələrinin və məktəblilərin ifasında qəhrəmanlarımızı vəsf edən  şeirlər səslənib, kompozisiyalar nümayiş olunub.
Göstərilib ki, şəhid Səfəralı  Məmmədov 1990 – cı illərdə Ağdam Rayon Daxili İşlər Şöbəsində post patrul batalyonunda tağım komandiri olub. 1992 – ci ilin fevral ayının 16 – da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini xilas edən zaman  S.Məmmədovun komandir olduğu tağım minaya düşüb. Şəhid Səfəralı Məmmədov aldığı xəsarətlərdən dünyasını dəyişib. Qeyd edək ki, Qəhrəmana  sənədli film həsr olunub. “Qəhrəman polis” adlı həmin filmin 2014-cü ilin may ayının 23-də Masallı Rayon Mədəniyyət Mərkəzində  təqdimatı keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən polis kapitanı Məmmədov Səfəralı Qurban oğlunun Qarabağ müharibəsində göstərdiyi igidliyindən və qəhrəmanlığından bəhs edən   “Qəhrəman polis”  filmi “Yaddaş” studiyasında lentə alınmışdır.

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz