Əlaqə Arxiv
news Image
2018.10.22
22:00
| A A A
Masallıda uğurlar artır, yeni layihələr gerçəkləşir

Oktyabrın 16-da rayon İcra hakimiyyətinin iclas zalında Masallı RİH başçısı cənab Rafil Hüseynovun 2018-ci ilin doqquz ayında Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. R.Hüseynov diqqəti Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, bu gün biz ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasa cəlb edərək demişdir:
-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, bu gün biz ilin 9 ayının yekunlarını müzakirə edəcəyik, ilin sonuna qədər görüləcək işlər haqqında danışacağıq. Deməliyəm ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir.
İqtisadiyyatın rəqabətliliyinin artırılması üçün biz bundan sonra da fəal işləyəcəyik. Bildiyiniz kimi, Azərbaycanın bu sahədəki reytinqləri ən yüksək səviyyədədir. Mən bunu dəfələrlə demişəm və bir daha qürur hissi ilə deyə bilərəm ki, Davos Forumunun hesablamalarına əsasən biz iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yerdəyik. Ancaq onu da bilməliyik ki, biz daha da qabağa getməliyik. Ona görə Davos Forumunun hesabatı tam təhlil edilməlidir və təhlil edilir. Bəzi müddəalar var ki, biz orada geridə qalmışıq. Biz onlara mütləq baxmalıyıq və iqtisadiyyatın rəqabətliliyini daha da artırmalıyıq.
Mən kənd təsərrüfatı ilə bağlı yekun olaraq demək istəyirəm ki, ilk növbədə, biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik.
Bu sahədə kiçik sahibkarlıq da öz rolunu oynayır və oynayacaq. İndi “ABAD” - “Ailə Biznesinə Asan Dəstək” mərkəzləri yaradılır. Mən bunu alqışlayıram. Bu, daha da geniş vüsət almalıdır. 
Rayon rəhbəri demişdir ki, Respublikamızın hər yerində olduğu kimi Masallıda da 2018-ci ilin doqquz ayı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuşdur. Xüsusilə də bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Masallıya səfəri ilə əlamətdardır. Ölkə başçısının Masallıya səfəri hər birimizdə böyük sevinc və qürur hissi yaratmışdır. Belə ki, sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonunda səfərdə olmuş və bir sıra obyektlərin açılışında iştirak etmişdir. Masallı Sənaye Məhəlləsi, “Masallı-Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsi və əsaslı şəkildə yenidən qurulan 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini Məmmədxanlı avtomobil yolu açılaraq istifadəyə verilmişdir. Ölkə başçısı Masallıda olarkən Viləş çayının şəhər ərazisindən keçən hissəsində yeni salınan Park-Bulvar Kompleksində işlərin gedişi ilə tanış olmuş və razılığını bildirmişdir. 
      Sahibkarlar ilə görüş zamanı qaldırılan bütün məsələlər ölkə başçısı tərəfindən bəyənilmiş və həlli ilə bağlı konkret tədbirlər görülmüşdür. Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işlərinin və 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün ümumilikdə 4 milyon manat vəsait ayrılmışdır. Bu cənab Prezidentin Masallıya, Masallı sakinlərinə olan diqqət və qayğısının bariz nümunəsidir. İcazə verin bütün Masallılar adından bu qayğıya görə Möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirək. 
          Rafil Hüseynov göstərmişdir ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına 10 çoxmənzilli yaşayış binasının fasadlarının təmiri işləri yekunlaşdırılmış, bloklara yeni seyf qapıların və pəncərələrinin quraşdırılması işləri davam etdirilir.
Heydər Əliyev prospektində bir mərtəbəli 4 mənzilli və H. Səmədov 44 ünvanında yerləşən iki mərtəbəli 6 mənzilli qəzalı vəziyyətdə olan yaşayış binalarının əvəzinə yeni binaların tikintisi ilə bağlı Nazirlər Kabinetinin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyi tərəfindən layihə sənədləri hazırlanmışdır. 
     Rüb ərzində adambaşına düşən pul gəlirləri 2704 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 306 manat olmuşdur.
      2018-ci ilin doqquz Masallı rayonunun gəlirləri 59 milyon 891 min 95 manata qarşı 60 milyon 296 min 34 manat və ya 100,6 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 58 milyon 496 min 24 manata qarşı 52 milyon 982 min 28 manat və ya 90,5% icra olmuşdur.
          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2018-ci ilin doqquz ayında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 15 layihə üzrə 208 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 14 yeni iş yerinin açılmasına səbəb olmuşdur. 
      2018-ci ilin üçüncü rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 1632 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların 398-i qadınlardır. Qeydiyyata alınan 1632 nəfərdən 1018 nəfəri işlə təmin olunmuşdur ki, bunların da 459 nəfərini qadınlar təşkil edir. 
2018-ci ilin doqquz ayında rayonun kənd meşə balıqçılıq təsərrüfatında 14.3 min manatlıq məhsul istehsal edilmişdir. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 198 manat olmuşdur. 
         1 oktyabr 2018-ci il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın sayı 72446 başa, xırda buynuzlu mal-qaranın sayı 86335 başa çatmışdır. Rüb ərzində süd istehsalı 35744 tona, ət istehsalı 4614 tona, yumurta istehsalı 4769 min ədədə çatmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
2017-2018 təsərrüfat ilində rayon üzrə 18800,0 hektara yaxın şum vurulmuş, payızlıq və yazlıq əkinlər ümumilikdə 18003,8 ha təşkil etmişdir. O cümlədən, 7293,3 ha sahədə buğda, 2705 ha arpa, 1059,7 ha kartof, 610 ha badımcan, 256,8 ha sarımsaq, 84,6 ha kələm, 400,4 ha bostan bitkiləri, 494,5 ha pomidor, 301,3 ha xiyar, 916,5 ha noxud, 172,4 ha paxla, 75,7 ha mərci və 3297,6 ha sahəni isə digər bitkilər əkilmişdir.
2019-ci ilin məhsulu üçün nəzərdə tutulmuş əkinlərə görə artıq 4826,5 ha sahədə şum vurulmuş, hazırda sahələrin şumlanması davam etdirilir.
Rayonda çayçılığın inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, rayonun Kolatan inzibati ərazisinə aid Sığaçola massivində 100 hektar sahədə “Azərsun-Holdinq” tərəfindən işlər tam başa çatdırılmışdır. Hazırda Kolatan kəndi ərazisində 1,0 ha yeni cay plantasiyası salınmış və əvvəlcədən saxlanılan 4 ha çay sahələri nəzərə alınmaqla rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 105 hektara çatdırılmışdır. 
           2018-ci ildə region üçün ənənəvi olan kənd təsərrüfatı bitkilərindən çəltiyin əkin sahəsi genişləndirilərək rayon üzrə üzrə 301 hektara çatdırılmışdır. Rayon üzrə çəltik sahələrindən ümumilikdə 1010 ton məhsul yığılmış, orta məhsuldarlıq 33,5 sentner təşkil etmişdir.
Kənd təsərrüfatı bitkiləri içərsində öz rentabelliyi ilə fərqlənən tütün sahələri 2018-ci ildə genişləndirilərək 35 hektara çatdırılmışdır. Hal hazırda 417 ton tütün tədarük olunmuş və 25,1 ton isə quru tütün təhvil verilmişdir.
Rayon üzrə ümumilikdə 3406,9 ton barama istehsal olunmuşdur. Barama istehsalçılarına “Azər-İpək” ASC tərəfindən 13195,44 manat vəsait ödənilmiş, dövlət tərəfindən isə 16450,50 manat subsidiya verilmişdir. 
        Suvarma problemlərinin tam həll edilməsi üçün Viləşçay su anbarının ikinci növbəsinin tikintisini davam etdirmək zəruridir. Bəndin hündürlüyünün artırılması və digər tədbirlərin həyata keçirilməsi ilə faydalı həcmi 130 mln.m3 olacaq Viləşçay su anbarının ikinci növbəsinin tikilməsi nəticəsində 20 100 ha ( o cümlədən 1 746 hektarın su təminatının yaxşılaşdırılması, 18 354 ha yeni suvarılan sahələr) əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi mümkün olacaqdır. 
Cari ilin doqquz ayı ərzində 1658 baş iri buynuzlu heyvan süni mayalandırılmış və 1285 baş sağlam bala alınmışdır. Dövlət büdcəsinin vəsaiti hesabına süni mayalanma yolu ilə doğulmuş hər buzova görə 100 manat olmaqla yanvar-iyul ayları üçün 96900,0 manat vəsait ödənilmişdir. 
       Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən rüb ərzində proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 11434,8 min manata qarşı 10889,6 min manat və ya 105 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 1328,5 min manata qarşı 1465,0 min manat və ya 110,2 % yerinə yetirilmişdir. Şöbədə hazırda 26 min 714 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 212 nəfərə əmək pensiyası təyin olunmuşdur.
       Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110/35/10 kv-luq yarımstansiyalarda təmir bərpa işləri aparılmışdır.
      35/10 kv-luq Alvadı yarımstansiyası üzrə yenidənqurma işləri ilə əlaqədar burada müasir tipli eleqaz, vakkum açarları və 2 ədəd 10 MVA transformator quraşdırılmaqla yarımstansiyanın gücü 2.5 dəfə artırılmışdır. 
Rayon üzrə qaz alan abonentlərin sayı 39051 nəfərdir. Hazırda rayon əhalisinin 95 faizi qazla təmin edilmişdir.
Cari ildə daha 2 yaşayış məntəqəsinin (Güllütəpə, Tatyan) qazla təmin olunması nəzərdə tutulmuşdur. 
        2012-ci ildən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu məqsədlə “Viləşçay” Su anbarının aşağı buferində su təmizləyici qurğu, 5000 m3 həcmində su anbarı və Musaküçə kəndi ərazisində çirkab sutəmizləyici qurğu inşa edilmişdir.
        Masallı rayonunun Muğan zonası istiqamətindəki 5 kəndin içməli su ilə tələbatını ödəməkdən ötərü həmin kəndlərə bulaqlar vasitəsilə su verilməsi nəzərdə tutulmuşdur. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 34 min 950 m2-ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 16-20 ton olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır. 
Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət alsa da hələ də 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var. 
Cari ilin doqquz ayı ərzində Xallıcallı və Təkdam kəndlərində müvafiq olaraq 96 və 80 şagird yerlik modul tipli məktəblərin və Göyəçöl tam orta məktəbinin tikintisinə başlanılmışdır. 
Bu tədris ilində ali məktəbə sənəd verənlərin sayı 734 nəfər olmuşdur ki, onlardan 264 nəfəri (36%) qızlardır. 2018-ci il qəbul imtahanlarında iştirak edən 734 nəfər məzunumuzdan 500 nəfəri (64%) ali məktəblərə qəbul olmuşdur ki onlardan 171-si (34,2%) qızdır. 34 nəfər məzunumuz 600-dən yuxarı bal toplamışdır ki, onlardan 17 nəfəri (50%) qızlardır. 
Bir sevindirici məqamı da qeyd etmək istəyirəm. Müəllimlərin peşə bayramı münasibəti ilə Böyük Xocavar kənd tam orta direktoru Zeynalov Abusət İsaq oğlu Cənab Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. 
     Məruzədə qeyd edilmişdir ki, 2018-ci ilin doqquz ayında rayonda 1606 nəfər uşaq doğulmuş, uşaq ölümü 3,7 promil (6 nəfər), evdə doğuş 0,4 promil (7 nəfər) olmuşdur. Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və doqquz ay ərzinə 1729 nəfər uşağa vərəm əleyhinə BSJ peyvəndi vurulmuşdur. İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 5813 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 12 fevral 2018-cı il tarixdən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və 12 may 2018-ci il tarixə kimi 141484 nəfər tibbi müayinədən keçirilmişdir. 
 2018-ci ilin doqquz ayında nikaha girmiş 275 cütlüyün müayinəsi zamanı 8 nəfərdə talassemiya daşıyıcısı aşkar edilmişdir.20 sentyabr 2018-ci il tarixə Masallı şəhər “Cümə” məscidində keçirilən qanvermə aksiyasında 200 nəfərdən qan nümunəsi götürülərək Lənkəran regional Qan Bankına göndərilmişdir. 
Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daim diqqət mərkəzində saxlanılmalıdır. Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.Kompleksin Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolunun kənarında yerləşən 10 hektar sahədə tikilməsi mütəxəssislər tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2018-ci ilin doqquz ayı ərzində rayon ərazisində 315 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 93,5 % olmuşdur. 2018-ci ilin doqquz ayı ərzində rayon İcra hakimiyyətinə 1406 müraciət daxil olmuşdur ki, onlardan 761 rayon İcra hakimiyyətinə, 645 isə yuxarı təşkilatlara ünvanlanmışdır. Daxil olmuş müraciətlərin 1132-si ərizə, 259-u şikayət, 15-i təklif olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayı 1 ədəd artmış, 16 şikayət azalmışdır. Bu dövr ərzində keçirilən qəbullar zamanı ümumilikdə 998 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 654 nəfəri rayon İcra hakimiyyətində, 242 nəfəri səyyar, 102 nəfəri virtual qəbullarda qəbul edilmişdir. Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir. 
Rayon ərazisində qazlaşdırmanın sürətlə davam etdirilməsi və planlaşdırıldığı kimi ilin sonuna qədər rayon ərazisinin 97 faizinin qazla təmin edilməsi həyata keçiriləcəkdir.Bildiyiniz kimi elektrik xətt təsərrüfatının yenilənməsinin həyata keçirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Viləş çayının Masallı səhəri ərazisindən keçən hissəsində bənd – bərkitmə işlərinin başa çatdırılması və burada park-bulvar kompleksinin inşası ən böyük layihələrimizdəndir. Bu layihənin başa çatdırılması şəhərin simasını tamamilə dəyişəcək və ona xüsusi gözəllik verəcəkdir.
Məruzəçi demişdir: “Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, ixtisaslaşmanın sürətlə aparılması, tütünçülüyün, üzümçülüyün tərəvəzçiliyin və kartofçuluğun inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması, istixanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının və tədarük mərkəzlərinin yaradılması həlli vacib layihələrdəndir 
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara kömək göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik”.
Hesabat yığıncağında çıxış edən Masallı rayon maliyyə idarəsinin müdiri Azər Abdullayev, 47 saylı Yol idarəsinin müdiri Mahmud Bağırov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Masallı üzrə “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) Əkbər Şahverdiyev və başqaları çıxış edərək 2017-ci ilin 9 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişlər.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

  Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz