Əlaqə Arxiv
news Image
2018.10.23
15:54
| A A A
ADAU-nun rektoru əcnəbi tələbələrlə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələrinin genişlənməsi, son illərdə yaradılan təhsil şəraiti, xarici dillərdə təhsil proqramlarının mövcudluğu əcnəbi tələbələrin sayının artmasına, onun coğrafiyasının genişlənməsinə səbəb olub. Hazırda universitetdə Gürcüstan, Lesoto, Malayziya, Qazaxıstan, Rusiya, Türkiyədən olan əcnəbi tələbələr təhsil alırlar.

AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil şəraiti, ölkə, şəhər və universitet haqqında təəsüratları öyrənmək məqsədilə əcnəbi tələbələrin bir qrupu ilə növbəti görüş keçirib. Görüşdə tədiris prosesinin daha da təkmilləşdirilməsi, asudə vaxtın səmərəli təşkili məsələləri müzakirə olunub.

Görüşdə tələbələr yaradılan şəraitdən məmnunluqlarını, təmsil etdikləri ölkələrdən ADAU-da təhsil almağa maraq göstərən abituriyentlərin sayının artdığını və göstərilən dəstəyə görə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda tələbə biletlərinin təqdimatı olub.

Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz