Əlaqə Arxiv
news Image
2018.11.12
17:04
| A A A
Bilik Fondu bölgələrdə Konstitusiya Günü ilə bağlı maarifləndirici görüşləri davam etdirir

Konstitusiya Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Hüquqi maarifləndirmə” proqramına uyğun olaraq silsilə görüşlər keçirilib.

Xırdalan şəhərindəki Mədəniyyət Evində Bilik Fondunun Lektorlar Qrupunun üzvü, “Milli Hüquq Evi”nin rəhbəri Nicat Gözəlovun “Azərbaycanda uşaqların təhsil hüquqlarının həyata keçirilməsinə dövlət qayğısı” mövzusunda mühazirəsi dinlənilib.

Fonddan Movqe.az-a bildirilib ki, N.Gözəlov Azərbaycan Xalq Cümhuriyyəti dövründə insan hüquq və azadlıqlarının formalaşması və təhsilli cəmiyyətin qurulması ilə bağlı islahatlara başlanıldığını, müstəqilliyin bərpasından sonra bu sahədə mükəmməl qanunlar qəbul olunduğunu deyib.

Bildirilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, uşaqların yüksək səviyyədə təhsil almaları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Ulu öndər Heydər Əliyevin məqsədyönlü addımları və Prezident İlham Əliyevin sərəncamları nəticəsində bu sahədə böyük uğurlar əldə edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadi tərəqqinin təmin edilməsi şəraitində insan kapitalının inkişafı istiqamətində davamlı işlər görüldüyünü söyləyən N.Gözəlov şagirdləri qloballaşan dünyanın tələblərinə cavab verəcək səviyyədə savadlı olmağa, milli-mənəvi dəyərlərə daim sadiq qalmağa çağırıb.

N.Gözəlov Abşeron Rayon Mərkəzi Kitabxanasında, Kürdəmir rayonu Axtaçı-Qarabucaq kənd tam orta məktəbində “Azərbaycan Respublikasının hüquq və Konstitusiya tarixi” mövzusunda keçirdiyi görüşlərdə isə kitabxana işçilərinə, gənclərə, məktəblilərə, müəllim və valideynlərə ölkəmizdə demokratik cəmiyyətin yaradılmasına xidmət edən Konstitusiya tarixindən və hüquq sistemindən bəhs edib. Vurğulayıb ki, özündə ümumbəşəri dəyərləri təsbit edən Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və ölkəmizin bütün ərazisində tətbiq olunur.

“Manera.az” saytının baş redaktoru Şəhla İbişova isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Bakı Neft-Energetika Kollecində “Konstitusiyada söz, mətbuat, fikir azadlığı” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi ölkəmizdə söz azadlığının qorunmasının nəticəsi olaraq, mətbuatın yüksək inkişaf mərhələsinə çatdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda hər kəs fikirlərini sərbəst söyləyə və mətbuat bu fikirləri jurnalistikanın prinsiplərinə xələl gətirmədən yaya bilir. İnsanların bir-birinin fikir azadlığına hörmətlə yanaşması da nümunəvi şəkil alıb.

Fondun Konstitusiya Gününə həsr etdiyi tədbirlər davam edir.

“Milli Hüquq Evi”nin rəhbəri N.Gözəlov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Azərbaycan Respublikasının hüquq və Konstitusiya tarixi”, Bilik Fondunun Oğuz rayonu üzrə nümayəndəsi, 2 nömrəli şəhər tam orta məktəbinin direktoru Anar Məcidov yerli Bilik Evində “Mənim hüquqlarım” mövzularında mühazirələrlə çıxış edəcəklər.

Bilik Fondunun Lektorlar Qrupunun üzvləri mütəmadi olaraq bölgələrdə əhali ilə görüşür, Konstitusiya tarixi haqqında ətraflı məlumatlar verirlər.

Sizin Reklam Yeriniz