Əlaqə Arxiv
news Image
2018.11.14
13:12
| A A A
Gödəkçəsinin cibindən qızıl çıxdı
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "Opel Zafira" markalı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Movqe.az-a verilən xəbərə görə, saxlanılan şəxsin üzərində aparılmış şəxsi yoxlama zamanı üstündən zərgərlik məmulatları aşkar edilib.

Belə ki, onun əynindəki gödəkçənin üst sol cibindən 1 ədəd şəffaf polietilen paketdə gömrük orqanına bəyan edilməyən, ümumi çəkisi 82 qram olan - 1 ədəd üzük-sırğa dəsti, 4 ədəd üzük, 3 ədəd boyunbağı hissələri, 2 ədəd təktay sırğa, 4 ədəd kulon, müvafiq olaraq, 20, 25 və 28 mm uzunluqda 3 ədəd çubuq formasında, 2 ədəd kürə formasında, 5 ədəd təyinatı bəlli olmayan qızıl zərgərlik məmulatları aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz