Əlaqə Arxiv
news Image
2018.11.16
10:57
| A A A
MASALLI RAYONUNUN HƏSƏNLİ KƏNDİ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL

 Movqe.az xəbər verir ki, 14 noyabr 2018-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Həsənli kəndi ərazisində keçirilmişdir.

Ərazinin Məmmədxanlı kəndində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 sentyabr 2018-ci il tarixdə Masallı rayonuna səfərinin yekunlarına, Masallı Sənaye Məhəlləsinin, “Masallı nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin çəltik emalı müəssisəsinin və Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirakından, habelə Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər və Masallı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına v ə qarşıda duran vəzifələrə cəlb etmişdir. Rayon rəhbəri son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından, məktəb və səhiyyə obyektləri tikintisindən, elektrik xətt təsərrüfatının yeniləşməsi, qaz çəkilişindəki uğurlardan, bir sıra infrastruktur layihələrin uğurla həyata keçirilməsindən danışmışdır. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır.  Sonra sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Ərazi sakinlərindən Dövlət qulluğu veteranı Yusif Hüseynov, Həsənli kəndindən Gəncəli Hüseynov, Təkdam kəndindən Kamil Hüseynov, Məmmədxanlı kəndindən Ümidvar Hüseynov və Adəm Hüseynov çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, təklif və müraciətlərini səsləndirmişlər.

 Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi cənab Dəyanət Abdullayev bildirmişdir ki, ölkədə gedən inkişaf prosesinin təzahürüdür ki, Masallı gözəlləşir. Zəhmətkeş insanları ilə tanınan bu səfalı rayonda abadlıq-quruculuq işləri səngimir. Möhtərəm Prezidentimiz İlham Əliyev Masallıya sonuncu səfərində bunun şahidi oldu. Sənaye Məhəlləsinin, çəltik emalı müəssisəsinin, hazırda istifadə etdiyiniz yeni avtomobil yolunun açılışı, tikilməkdə olan Viləş park-bulvar, qazlaşmanın 97 faizə çatdırılması və s. bunu deməyə əsas verir.

  Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını bildirmişdir.

 

 Əlihüseyn Şükürov.
 

Sizin Reklam Yeriniz