Əlaqə Arxiv
news Image
2018.11.16
16:00
| A A A
Azərbaycanın Gürcüstan və İranla sərhəd məntəqələrində miqrasiya xidməti bölmələri fəaliyyətə başlayacaq

"Yaxın zamanlarda Gürcüstanla sərhəddə yerləşən "Sınıq körpü" və İranla sərhəddə olan "Astara" sərhəd-nəzarət buraxılış məntəqələrində miqrasiya xidməti bölmələri fəaliyyətə başlayacaq".

Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. 

O bildirib ki, bu bölmələr insanların sərhəddən daha rahat və sürətli giriş-çıxış etməsini təmin edəcək: "Bu xidmət bölmələrindən həmçinin sərhəddə yaxın kəndlərin sakinləri istifadə edəcək. Hazırda həmin bölmələrdə vətəndaşlara Dövlət Miqrasiya Xidmətinin səlahiyyətində olan 4 xidmət göstərilir. Gələcəkdə bu proses uğurlu alınarsa, gələcəkdə digər müraciətlər də bu xidmət bölmələrinə daxil edilə bilər".

Sizin Reklam Yeriniz