Əlaqə Arxiv
news Image
2018.11.16
16:12
| A A A
Azərbaycanın ödənişli yollarında tariflərin necə müəyyən ediləcəyi açıqlanıb

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkədə yeni ödənişli avtomobil yollarının tikintisini davam etdirir”.

Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Bakının 45 kilometrliyindən Rusiya ilə dövlət sərhəddinə qədər avtomobil yolu tikilir: “Tikinti işlərinə bu il başlanılıb. Mövcud yolun 153-ci kilometrliyinə qədər hissənin yenidən tikilməsi nəzərdə tutulub. 1-ci texniki dərəcəyə malik, 4 hərəkət zolaqlı bu yolun ödənişli olacağı gözlənilir. 2018-ci ildə ölkə başçısının iştirakı ilə açılışı olan yeni Bakı-Ələt-İranla dövlət sərhədi avtomobil yolu isə 270 kilometrlik yolu 40 kilometr qısaldıb”.

S.Məmmədov onu da bildirib ki, rəhbərlik etdiyi qurum ödənişli yollarda tarifləri müəyyən etmək səlahiyyətində deyil: "Qiymətləri Tarif Şurası müəyyən edəcək. Biz yalnız yolların texniki dərəcəsini vermişik, oradan gün ərzində keçən avtomobillərin sayını göstərəcəyik. Həmin əsaslarla Tarif Şurası qiymətləri müəyyən edəcək”. 

Sizin Reklam Yeriniz