Əlaqə Arxiv
news Image
2018.11.16
17:14
| A A A
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümü münasibətilə YAP Nizami rayon təşkilatı “EKOL” Mühəndislik Xidmətləri QSC ərazi ilk partiya təşkilatında tədbir keçirib.

YAP Nizami rayon təşkilatından Movqe.az-a bildirilib ki, dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunan film nümayiş etdirilib.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi təşkilatları arasında bərabəri olmayan bir partiyadır. YAP Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə rol oynadığını vurğulayan S.Vəliyeva deyib: “Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il sentyabrın 11-də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 143 ərazi ilk partiya təşkilatında 14 minə qədər insan birləşib”.

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş direktoru Ramil Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilati struktur yaradaraq avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.

Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, Prezident İlham Əliyevin müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur.

Sonda partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr təqdim olunub, bir qrup partiya fəalı isə rayon təşkilatının ictimai-siyasi həyatında iştirakına görə fəxri fərmanla təltif edilib.

Sizin Reklam Yeriniz