Əlaqə Arxiv
news Image
2018.11.17
11:31
| A A A
Azərbaycan gəncləri bütün sahələrdə böyük uğurlara imza atırlar

Azərbaycan Gənclərinin VIII Forumu biz gənclərin həyatında mühüm bir hadisədir. Forum Azərbaycan gəncliyinin fəaliyyətinin daha da genişləndirilməsi üçün proqram xarakteri daşıyır. İnamla deyə bilərik ki, bu gün gənclərimiz bütün sahələrdə böyük uğurlara imza atırlar. Azərbaycanda gənc nəslin yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin apardığı gənclər siyasəti mühüm rol oynayır.

Movqe.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri  Azərbaycan Memarlıq və İnşaat Universitetinin gənclər təşkilatının sədri İlahə Həsənova deyib.

O, gənclərin forumda fəal iştirak etdiyini vurğulayaraq qeyd edib ki, dövlətin diqqət və qayğısı ilə əhatə olunan gənclər məqsədyönlü fəaliyyətləri ilə onlara bəslənən ümidləri doğrultmalıdırlar.

Sizin Reklam Yeriniz