Əlaqə Arxiv
news Image
2018.11.17
10:42
| A A A
Məleykə Abbaszadə: "Gələn il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək"

"Gələn il keçiriləcək qəbul imtahanlarda ciddi dəyişikliklər olacaq, buna görə də 2019-cu il Dövlət İmtahan Mərkəzi üçün gərgin keçəcək".

Movqe.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti " mövzusunda keçirilən konfransda çıxışında deyib.

O qeyd edib ki, 2018-ci ilin 10 ay ərzində 641 min 517 iştirakçı imtahanda olub: "18 603 nəfər qabiliyyət imtahanlarında iştirak edib. 48 309 nəfər ictimaiyyətin nümayəndəsi imtahan prosesini idarə etmək üçün DİM tərəfindən dəvət olunub. 2367 nəfər ekspert, marker qismində imtahanın məzmunu ilə bağlı işləri həyata keçirməyə cəlb olunub. Bu əməkdaşlar və mütəxəssislər hüquq-mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir. Onlar DİM-in əməkdaşları ilə birgə imtahanların həyata keçirilməsinə töhfələrini verirlər”.

Sizin Reklam Yeriniz