Əlaqə Arxiv
news Image
2018.11.19
16:42
| A A A
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri elmi müəssisənin layihələri ilə maraqlanıblar

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olub.

AMEA-dan Movqe.az-a bildirilib ki, İSİ-nin direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi qurumda yerinə yetirilən elmi-tədqiqat işləri barədə onlara ətraflı məlumat verib.

Qonaqlar institutda həyata keçirilən “Artezian quyularının nəzarət, diaqnostika və idarəetmə sistemlərinin effektivliliyinin yüksəldilməsi üçün intellektual metodların işlənilməsi və tətbiqi” və “Regionda su hövzələrinin qorunması və baş verəcək təbii fəlakətlərin nəticələri və risklərin azaldılması məqsədilə intellektual seysmo-akustik erkən xəbərdarlıq sisteminin yaradılması” layihələri ilə tanış olublar.

Sonda əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Sizin Reklam Yeriniz