Əlaqə Arxiv
news Image
2018.11.20
10:13
| A A A
Azərbaycanın müdafiə naziri Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək

Sabah Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnikZakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.

Bu barədə Movqe.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Sizin Reklam Yeriniz