Əlaqə Arxiv
news Image
2018.11.20
10:38
| A A A
Şəhid hərbçinin qardaşı: Birdəfəlik ödəmələrin verilməsi Azərbaycan Prezidentinin humanist siyasətinin bariz nümunəsidir

Azərbaycan Prezidentinə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə görə minnətdarlığımı bildirirəm.

Movqe.az trend-ə istinadən bildirir ki, bunu 1993-cü il iyulun 28-də Gədəbəy döyüşlərində şəhid olan hərbi qulluqçu Sərdar İbrahim oğlu Məmmədovun qardaşı Sədi Məmmədov deyib.

S.Məmmədov həmin vəsaitin artıq hesabına köçdüyünü söyləyib.

Prezident İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqətə görə minnətdarlığını bildirən S.Məmmədov birdəfəlik ödəmələrin verilməsini dövlətimizin qayğısı kimi dəyərləndirib.

O bildirib ki, müvafiq fərman Azərbaycan Prezidenti İlham Əliyevin humanist siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi prosesi noyabrın 14-dən qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər.

Sizin Reklam Yeriniz