Əlaqə Arxiv
news Image
2018.11.20
10:51
| A A A
SOCAR-ın Belarusun “Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları müzakirə edilir

SOCAR-ın Belarusun “Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları müzakirə olunur.

Movqe.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrın 19-da Minskdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

“Siz lap yaxın vaxtlarda Türkiyədə neft emalı kompleksi inşa etmisiniz. Azərbaycanlı sərmayədarların Belarusa gəlişinə şad olarıq və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırıq. İndi Azərbaycan Dövlət Neft Şirkətinin “Qrodno-Azot” şirkətinin modernləşdirilməsinə sərmayə qoyması imkanları müzakirə edilir. Biz bu cür səyləri alqışlayırıq”, - deyə Belarus Prezidenti əlavə edib.

Sizin Reklam Yeriniz