Əlaqə Arxiv
news Image
2018.11.20
17:10
| A A A
Sahil Babayev: "DOST layihəsi Azərbacanın yeni brendini formalaşdıracaq"

"DOST layihəsinin həyata keçirilməsi əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin bir pəncərədən, tam şəffaf, vətəndaşlarla açıq iş şəraitində, nəzakətli şəkildə, sadə və əlçatan prosedurlarla təqdim edilməsinə imkan verməklə ölkəmizin bu sahə üzrə yeni brendini formalaşdıracaq". 

Movqe.az  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. 

Onun sözlərinə görə, layihənin icrası işləri yol xəritəsi üzrə mərhələli şəkildə, yerli və beynəlxalq ekspertlərin iştirakı, mütərəqqi dünya praktikasının öyrənilməsi şəraitində aparılır: "Vətəndaşların ənənəvi və ya elektron formada dövlət sosial xidmətləri ilə bağlı Nazirliyə müraciətləri əsasında onlarla bağlı toplanmış məlumatları (əmək müaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya və s. üzrə) əhatə edən “e-sosial” internet portalı da yaradılıb. Bu işlərlə bərabər, Nazirliyin müasir iş prinsiplərini və innovativ yeniliklərə açıq olmasını, cəmiyyətlə münasibətlərdə əsas yanaşma və hədəflərini özündə əks etdirən yeni loqotipi hazırlanıb, həmçinin rəsmi internet saytı yenidən qurulub. DOST Agentliyinin konsepsiyasının prioritetləri, yol xəritəsi, DOST Agentliyi və mərkəzlərinin fəaliyyətinin təşkili üçün müvafiq hüquqi çərçivə, qanunvericilik layihələri, təşkilati strukturu, 124 xidmət üzrə pasportlar, 116 vəzifə təlimatı, xidmətlərin göstərilməsi qaydaları, “Gənc DOST” proqramının və s. hazırlanması, mərkəzlərin elektron infrastrukturunun formalaşdırılması yönündə aparılan işlər və onların nəticələri barədə məlumat verilib".

Sizin Reklam Yeriniz